Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və çətənə kolları aşkar edilərək götürülmüşdür

14.06.2007

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Həsənovdan 0,255 qram heroin götürülmüşdür. Bununla əlaqədar polisə gətirilmiş İ.Həsənovdan izahat alınan zaman dilinin altında gizlətdiyi lezviya ilə özünə boğaz nahiyəsindən xəsarət yetirmişdir. İ.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Pəsəkərov 0,94 qram tiryəki satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş RPŞ əməkdaşları Gürcuva kəndinin ərazisində 1,75 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1,124 ton olan 2149 ədəd, Dövlət Sərhəd Xidməti və Ağstafa RPŞ əməkdaşları Sadıxlı kəndinin ərazisində 2,4 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2,641 ton olan 1347 ədəd çətənə kolları yığaraq məhv etmişlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ əməkdaşları qəsəbə sakini İlduz Minqaliyevdən 0,209 qram heroin, Yasamal RPİ əməkdaşları Xaçmaz rayon sakini Rövşən Rəsulovdan 65,123 qram tiryək, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini Elbrus Zamanovdan 0,472 qram heroin, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfael Tağıyevdən 0,196 qram heroin, Qaraçuxur qəsəbə sakini Rövşən Qəmbərovdan 0,215 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Arif Eyvazovdan 0,787 qram heroin, Salyan RPŞ əməkdaşları Yenikənd kənd sakini Vüqar Musayevdən 0,674 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Sərhədabad kənd sakni Bilal Mirzəyevdən 0,3 qram heroin götürmüşlər.