Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ənvər Mütəllimov Tərlan Qafarovu qətlə yetirərək cəsədini torpağa basdırmişdır

12.06.2007

DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Mütəllimovun ətrafında apardıqları birgə əməliyyat-axtarış tədbirləri nəticəsində onun 1992-ci ilin iyulunda həmyerlisi Tərlan Qafarovu (qisas almaq məqsədilə) özünə məxsus "VAZ-21011" markalı avtomaşınına oturdub Yaşma bağlar sahəsinə aparması və orada ov tüfəngindən atəş açaraq onu qətlə yetirməsi və cəsədini isə torpağa basdırması müəyyən edilmişdir. T.Qafarovun meyiti eksqumasiya edilərək çıxarılmışdır. Ə.Mütəllimov tutulmuşdur.