"Halal" MTK-nın anbarından 7650 dollar dəyərində elektrik avadanlıqları oğurlanmışdır
10.06.2007İyunun 9-na keçən gecə Xətai rayonu M.F.Axundov küçəsində, Bakı şəhər sakini Haqverdi Əsədova məxsus "Halal" MTK-nın anbarından 7650 dollar dəyərində elektrik avadanlıqları oğurlanmışdır. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev tutulmuşdur.