Beyləqan rayon sakini Pərviz Cəfərov saxlanılmışdır
15.01.2015Yanvarın 14-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Ağdam rayon sakini Anar Məmmədova məxsus tikintisi başa çatmamış evin həyətinə girmiş naməlum şəxs oranın gözətçisi Azər Məmmədova zor tətbiq edib mobil telefonunu almışdır.
Hadisəni törətmiş Beyləqan rayon sakini, əvvəllər məhkum olmuş Pərviz Cəfərov Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və 4-cü PB-yə təhvil verilmişdir.