Gün ərzində 23 cinayət faktı qeydə alınmışdır
08.06.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 23 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.