DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və çətənə kolları aşkar edilərək götürülmüşdür
08.06.2007DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax-Cəfərli yolundakı meşə zolağında 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1,87 ton olan 6850 ədəd, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Öyrət kəndinin ərazisində 1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 3,5 ton olan 35000 ədəd, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı-Qazax yolunun 410-cu km-də, meşə zolağında 0,1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 730 kiloqram olan 2674 ədəd çətənə kolları, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun girişində 0,03 hektar sahədən yabanı halda bitmiş, çəkisi 813 kiloqram olan 3126 ədəd kənaf kolu yığılaraq məhv edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Hamlet Novruzovdan 0,4 qram heroin, Nizami RPİ əməkdaşları Bakı şəhər sakini Tahir Sadıxovdan 0,036 qram heroin götürmüşlər.