DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğuz rayonunun Tərkeş kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

03.06.2007

Saat 09:30 radələrində Oğuz rayonunun Tərkeş kəndinin ərazisində, Böyük Söyüdlü kənd sakini Teymur Səfərbəyov, əmisi Kamal Babayevə məxsus "Kamaz-5320" markalı avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır. Nəticədə sərnişinlərdən Nuranə Babayeva, Günay Səfərəliyeva hadisə yerində ölmüş, 11 sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.