DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

"Ceyrançöl" adlanan ərazidə fermerlər arasında baş vermiş münaqişədə 2 nəfər ölmüş, bir nəfər yaralanmışdır

01.06.2007

Saat 12.00 radələrində, "Ceyrançöl" adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar, Ağstafa rayonunun Sadıqlı kənd sakinləri Şəmsəddin Musayev, onun qardaşları Rüfət, Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və onun qardaşı Kamil arasında münaqişə baş vermişdir. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi qətlə yetirmiş, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ramiz orada ölmüş, Talehin vəziyyəti isə ağırdır. Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulmuş, onlardan 1 ədəd ov tüfəngi və 1 ədəd bıçaq götürülmüşdür.