Ələt-Astara yolunun Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.06.2007Saat 08.15 radələrində Ələt-Astara yolunun Salyan rayonu ərazisində Cəlilabad rayon sakini Hacıbala Nərimanovun idarə etdiyi "KamAZ" markalı və Neftçala rayon sakini Rahib Əliyevin idarə etdiyi «RAF» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, «RAF» markalı avtomaşının sərnişinlərindən Neftçala rayon sakinləri Bəhiyyə Əliyeva, Rəşad Salayev və Bakı şəhər sakini Zakir Ağayev hadisə yerində ölmüş, xəsarət almış digər 7 sərnişin isə xəstəxanaya yerləşdirilmişlər.