Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Astara yolunun Qobustan qəsəbəsi ərazisində yol-qəza hadisəsi

28.06.2005

Saat 01.45 radələrində Bakı-Astara yolunun Qobustan qəsəbəsi ərazisində, Qaradağ RPİ-nin əməkdaşı polis mayoru Təzəxan Dəmirov «VAZ 2107» markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərdən Qobustan qəsəbə sakinləri Zakir Qurbanov və Gülsəməd Əbdürəhmanov hadisə yerində ölmüş, xəsarət almış T.Dəmirov və digər sərnişinləri Nadir Nəcəfov və Mehdi Soltanov xəstəxanaya yerləşdirilmişlər.