DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

01.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ əməkdaşları Bakıxanov qəsəbə sakinləri Hüseyn Vətəndüstdən 0,215 qram, Vüqar Rəhimovdan 0,221 qram, Bakı şəhər sakini Ağa İmanovdan 0,243 qram, Gürcüstan vətəndaşı Omar Bədəlovdan 0,229 qram heroin, Səbail RPİ əməkdaşları Nəriman Məmmədovdan 0,197 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Davud Zeynalovdan 0,192 qram heroin, Şamaxı RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Raqib Rüstəmovdan 0,19 qram heroin, Sabunçu RPİ əməkdaşları Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məlikməmməd Mustafayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 4,25 kiloqram olan 133 ədəd çətənə kolu, evindən isə 4,025 kiloqram qurudulmuş marixuana götürülmüş, Goranboy RPŞ əməkdaşları tərəfindən rayonun Safıkürd kəndinin ərazisində 0,5 hektar sahədə yabanı halda bitmiş çəkisi 972 kiloqram olan 1114 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.