Qohumu İlyas Pəncizadəyə bıçaqla xəsarət yetirmiş Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Sadiq Kamranov tutulmuşdur
15.12.2014Dekabrın 15-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində kənd sakini Sadiq Kamranov münaqişə zəminində xalasının oğlu İlyas Pəncizadəyə bıçaqla xəsarət yetirmişdir.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Kamranov tutulmuşdur.