Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.05.2007

Saat 23:00 radələrində Lənkəran rayonu ərazisində Separadi kənd sakini Elnur Əhədovun idarə etdiyi "VAZ-2107" markalı, Velədi kənd sakini Əkrəm Əliyevin idarə etdiyi "QAZ-24" markalı, Lənkəran şəhər sakinləri Vəliyulla Əbdülovun idarə etdiyi "Hyundai" markalı və Cavid Məhərrəmovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Əhədovun sərnişini, həmkəndlisi Nihad Bağırov orada ölmüşdür.