DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

30.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ əməkdaşları Nizami Quliyevdən 0,335 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini Rəfael Babayevdən 0,239 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakinləri Səbuhi Orucov və Elşən Abbasovdan 0,763 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları isə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cəlal Musayevdən 0,521 qram heroin götürmüşlər. Bakı-Qazax yolunun 56-cı km-də, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən, Bakı şəhər sakini Fəzail Həsənovun idarə etdiyi «Azsamand» markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. F.Həsənovun sərnişini, Bakı şəhər sakini İlham Ağayev özünü şübhəli apardığından Qaradağ RPİ-nin 11-ci PB-nə təhvil verilmişdir. PB-də İ.Ağayevdən 0,334 qram heroin götürülmüşdür.