Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayon sakinləri İlqar Ələkbərov və Anar Ağababayev tutulmuşlar

28.06.2005

Baş Narkotiklərlə Mubarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayonu ərazisində, Masallı rayon sakinləri İlqar Ələkbərov və Anar Ağababayev 1,209 qram heroini 250 min manata satarkən tutulmuşlar. İ.Ələkbərov və A.Ağababayev tutularkən polis əməkdaşları, polis polkovnik-leytenantı Aydın Əkbərova, polis baş leytenantı Niyaz Əhmədova və polis baş serjantı Şükran Fətullayevə qarşı müqavimət göstərmişlər. Araşdırmalar aparılır.