Quba rayonunun Paşaoba kəndində yol-nəqliyyat hadisəsi
13.12.2014Dekabrın 13-də saat 20 radələrində Quba rayonunun Paşaoba kəndində Vəlvələ kənd sakini Zümrəddin Cəfərovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Kamin Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Z.Cəfərov hadisə yerində ölmüş, K.Süleymanovun 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Rusiya Federasiyası vətəndaşı Sadiyaxanım İsayeva orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.