Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Mustafa Əliyevdən 0,328 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Etibar Əzizovdan 1,17 qram tiryək, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Elçin Bayramovdan 0,056 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Axundovdan 0,094 qram heroin götürmüşlər. Gəncə şəhər sakini Arif Əsgərov 9,56 qram marixuananı könüllü olaraq Kəpəz RPŞ-yə təhvil vermişdir. A.Əsgərova narkotik maddəni satmaq məqsədilə vermiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Bağırov tutulmuş, ondan 9,67 qram marixuana götürülmüşdür.