Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.05.2007Saat 00.50 radələrində, Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində Salyan rayon sakini Vaqif Məmmədov "AzSamand" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Avtomaşın sonradan qarşıdan gələn Şahid Abdulrəhmanovun idarə etdiyi "Mersedes" markalı avtomaşına dəymişdir. Nəticədə, xəsarət almış V.Məmmədov və sərnişini xəstəxanaya yerləşdirilmiş və orada ölmüşlər.