Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Neftçilər prospektində soyğunçuıuq etməyə cəhd göstərmiş Cəbrayıl rayon sakini Hasil Əsədov tutulmuşdur

26.05.2007

Mayın 25-də, Neftçilər prospektində, Bakı şəhər sakini Mirəsgər Əsgərova məxsus "VAZ-2106" markalı avtomaşının şüşəsini sındırmaq yolu ilə içərisində 80 manat pul və 4 ədəd danışıq kartı olan əl çantasını oğurlamağa cəhd göstərmiş Cəbrayıl rayon sakini Hasil Əsədov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və sonrakı araşdırmalar apalırması üçün Səbail RPİ-yə təhvil verilmişdir. H.Əsədovun üzərinə baxış zamanı 2 qram heroin aşkar edilərək götürülmüşdür.