Ağdaş rayonunun Qaradeyin kəndində yol-nəqliyyat hadisəsi
26.11.2014Noyabrın 26-da saat 07 radələrində Ağdaş rayonunun Qaradeyin kəndində Gəncə şəhər sakini Elçin Nəcəfovun idarə etdiyi “Mercedes” və Yevlax rayon sakini Rəfayel İsmayılovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. E.Nəcəfovun sərnişinlərindən - Gəncə şəhər sakini Dursun Abbasov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.