Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, çətənə və xaş-xaş kolları yığılaraq məhv edilmişdir

23.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt ŞPİ əməkdaşları şəhər sakinləri Səbuhi Aslanovdan 2,19 qram tiryək, onun evinə baxış zamanı əlavə 0,35 qram tiryək və 3,8 qram həşiş, Fuad İbrahimovdan 0,197 qram heroin, Əli Bayramlı ŞPŞ əməkdaşları şəhər sakini Anar Cəlilovdan 0,137 qram heroin, Neftçala RPŞ əməkdaşları rayon sakini Yusif Əliyevdən 0,2 qram tiryək və 0,1 qram həşiş, Qəbələ RPŞ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Ələkbərovdan 0,232 qram heroin, Kürdəmir RPŞ əməkdaşları rayon sakini Aqil Hacıyevdən 0,20 qram heroin, Qax RPŞ əməkdaşları isə MTN-in rayon şöbəsi əməkdaşları ilə birgə rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Babayevdən 1 qram tiryək götürmüşlər. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Daşağıl kəndi ərazisində 2,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 4,5 ton olan 45000 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hişgədərə kənd sakini Qurban Hüseynovun 2 sot həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 137 qram olan 14 ədəd xaş-xaş kolu aşkar eidlərək götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarayazı qəsəbəsi ərazisində 1500 kvm sahədə yabanı halda bitmiş, çəkisi 5,23 ton olan 7216 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşına baxış zamanı 0,047 qram heroin aşkar edilərək götürülmüşdür.