DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Səbuhi Hüseynovdan 10,82 qram tiryək, Səbinə Əzimovadan isə 4,69 qram tiryək, Binəqədi RPİ 4-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əlibaba Əlipənahovdan 0,86 qram tiryək, Gəncə ŞPİ əməkdaşları isə şəhər sakini Ramil Məcnunidən 2,36 qram marixuana götürmüşlər. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qasımov 6,51 qram tiryəki satarkən tutulmuşdur. İ.Qasımova narkotik vasitəni satmış Xırdalan şəhər sakini Oqtay Cahangirov tutulmuşdur.