DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

21.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Cəfərovdan 0,224 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Rövşən Əzimovdan 0,439 qram heroin, Şəmkir RPŞ əməkdaşları Düyərli kənd sakini Malik Abbasovdan 92,65 qram marixuana, Əli Bayramlı ŞPŞ əməkdaşları şəhər sakini Namiq Bədəlovdan 0,071 qram heroin, Quba RPŞ əməkdaşları Qırmızı Sloboda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emil Şamailovdan 0,237 qram heroin götürmüşlər, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Zaqatala rayon sakini Vidadi Babayev 0,5 qram heroini satarkən tutulmuşdur.