Avtomaşın qaçırmış Maştağa qəsəbə sakini Vüqar Əzizov qəza törətmişdir
25.10.2014Oktyabrın 25-də Sabunçu rayonunun Maştağa qəsəbəsindən qəsəbə sakini Elxan Yusifova məxsus “VAZ-21061” markalı avtomobil qaçırılmışdır.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin qəsəbə sakini Vüqar Əzizov tərəfindən qaçırılması və idarə edilərkən yolun kənarındakı ağaca vurması müəyyən edilmiş və o, tutulmuşdur.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.