DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhər sakini İlqar Dadaşovun mənzilində təbii qazın sızmasından partlayış baş vermişdir

20.05.2007

Mingəçevir şəhərində, Koroğlu küçəsində yaşayan İlqar Dadaşovun mənzilində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə mətbəxin pəncərə çərçivələri yerindən çıxmış, eyvan uçmuş, yanıq xəsarəti almış İ.Dadaşov və onun arvadı Cəriyyət isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.