DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

20.05.2007

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbə sakini Salman Bağırovun evinə baxış zamanı 0,5 litrlik qablarda 60 şüşə spirt, 186 ədəd müxtəlif həcmli şüşə qablar və 300 ədəd qapaq aşkar edilərək götürülmüşdür. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Cəfərovdan 0,203 qram heroin götürülmüşdür. N.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 19-da Bakı şəhər sakini Elnur Abdullayevə məxsus "BMW" markalı avtomaşının dövlət qeydiyyat nişanını oğurlaması müəyyən edilmişdir. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Azər Quliyevə qarşı zor tətbiq edərək mobil telefonunu almağa cəhd göstərmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazov tutulmuşdur. Ondan 0,227 qram heroin götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri Aslan Zərbəliyevdən 5,59 qram tiryək, Gülnaz Bağırovadan isə 0,321 qram heroin, DİN Çevik Polis Alayı əməkdaşları Nəsimi RPİ əməkdaşları ilə birgə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Fərhadovdan 0,231 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları isə Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Əmirovdan 0,197 qram heroin götürmüşlər.