DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

18.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Şirin Yaqubovdan 3 kiloqram 20,7 qram marixuana, Sabunçu RPİ əməkdaşları Ruslan Hüseynovdan 0,317 qram heroin, Xaçmaz RPŞ əməkdaşları Aşurəli Mürsəlovdan 0,214 qram heroin, Kəpəz RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Yaşar Quliyevdən 24,8 qram marixuana, Əzizbəyov RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Lətif Seyidovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 239 qram olan 12 ədəd xaş-xaş kolu aşkar edərək götürmüş, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Gülbala Məmmədov 2,033 qram tiryəki satarkən tutulmuşdur.