Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyasət Orucov və Vaqif Əliyev polisin qanuni tələblərinə tabe olmamış və ona bıçaqla xəsarət yetirmişlər

17.05.2007

Bərdə şəhərində, rayon İcra Hakimiyyətinin Kələntərli kənd nümayəndəliyinin əməkdaşı Mobil Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yol hərəkəti qaydasını pozduğu üçün Bərdə RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Məhəmməd İmamverdiyev tərəfindən saxlanılmışdır. Bu zaman sərxoş halda olan M.Məmmədov və onun sərnişinləri, həmkəndliləri Siyasət Orucov və Vaqif Əliyev polisin qanuni tələblərinə tabe olmamış və ona bıçaqla xəsarət yetirmişlər. M.İmamverdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.