DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.05.2007

Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-də Bakı şəhər sakini Orxan Abdullayevin cibindən mobil telefonunu oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qəhrəmanov tutulmuş və ondan 0,157 qram heroin götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Balakən rayon sakini Əziz Qarayevdən 20 qram marixuana, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Şamilovdan 0,612 qram heroin, 26-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Yusifovdan 0,206 qram heroin, 29-cu PB əməkdaşları Bakı şəhər sakini Müşfiq Rəhimovdan 0,329 qram heroin, Suraxanı RPİ 31-ci PB əməkdaşları Bakı şəhər sakini Emil Əliyevdən 0,224 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Əjdər Camalovdan 6,31 qram tiryək və 0,337 qram heroin, Neftçala RPŞ əməkdaşları Bankə qəsəbə sakini Rafiq Mustafayevdən 0,3 qram tiryək və 0,3 qram həşiş, Dəvəçi RPŞ əməkdaşları rayon sakini Rövşən Ağayevdən 2,3 qram tiryək və 2 ədəd satışı məhdudlaşdırılmış həb, Qəbələ RPŞ əməkdaşları isə Bakı şəhər sakini Kamil Ramazanovdan 0,247 qram heroin götürmüşlər, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Corat qəsəbə sakini Novruz Qasımov 3,27 qram tiryəki satarkən tutulmuşdur.