DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonu Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

15.05.2007

Saat 22:40 radələrində Əzizbəyov rayonu Qala qəsəbəsi ərazisində, Buzovna qəsəbə sakini Vüqar Ələkbərovun idarə etdiyi "Kamaz" markalı və "Azsamand" markalı avtomaşınlar (sürücüsünün şəxsiyyəti müəyyənləşdirilir) toqquşmuşlar. Nəticədə "Azsamand" markalı avtomaşında yanğın baş vermiş, sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Buzovna qəsəbə sakinləri Emin Nağıyev, Meydan Balabəyov, Ramilə Şıxəliyeva və Nadir Hadıyev isə xəstəxanaya yerləşdirilmişlər. R.Şıxəliyeva və N.Hadıyev orada ölmüşdür.