Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Canpolad Budaqovdan 2,53 qram heroin, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bərdə RPŞ əməkdaşları ilə birgə rayon sakini Əhliman Rəhimovdan 0,105 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşları Bakı şəhər sakini Emin Məmmədovdan 0,235 qram heroin və 0,33 qram həşiş, İmişli RPŞ əməkdaşları isə Əli Bayramlı şəhər sakini Abduləli Abdullayevdən 2 qram heroin götürmüşlər, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Ağdaş şəhər sakini Elgün Məmmədov 0,032 qram heroini satarkən tutulmuşdur.