Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 11-də narkotik alverçiləri ilə polis arasında atışma baş vermişdir

13.05.2007

Mayın 11-də saat 03:00 radələrində Cəlilabad rayonunun Kövzbulaq kəndi yaxınlığında DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Əzizi Səccad Hüseyn oğlu 29,3 kiloqram tiryəki şərti alıcıya satarkən polis əməkdaşları onu tutmağa cəhd göstərmişlər. Bu zaman S.Əzizi polis əməkdaşlarına avtomat silahdan atəş açmışdır. Kəndin yaxınlığında gizlənmiş silahlı dəstənin naməlum üzvləri ilə polis əməkdaşları arasında 20 dəqiqəlik atışma baş vermişdir. S.Əzizi yaralanaraq tutulmuş, dəstənin digər üzvləri sə İran İslam Respublikasının ərazisinə keçməyə müvəffəq olmuşlar.