Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nazim Hacıyevə məxsus "Luaz" markalı açırılmış avtomaşın tapılmışdır

13.05.2007

Mayın 1-də M.Cəlal küçəsindən Bakı şəhər sakini Nazim Hacıyevə məxsus "Luaz" markalı avtomaşın qaçırılmışdır. N.Hacıyev həmin gün avtomaşınını Z.Fərzəliyev küçəsində tapmışdır. Faktla əlaqədar polisə müraciət olunmuşdur. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakinləri Gündüz Ramazanov və Elgün Bünyadov tutulmuş, Kamran adlı şəxs isə müəyyən edilmişdir. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində mayın 1-də Bakı şəhər sakini Tural Mirzəyevə məxsus "VAZ-2106" markalı avtomaşından akkumulyator oğurlamaları müəyyən edilmişdir.