DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

12.05.2007

Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini İlham Hacıyevin idarə etdiyi "VAZ-2107" avtomaşına nəzarət qaydasında baxış keçirilmişdir. Avtomaşının sərnişini, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Elman Həsənovdan 0,065 qram heroin götürülmüşdür. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satdığına görə, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsilə axtarışda olan Sücayət Abbasov tutulmuşdur. Onun evinə baxış zamanı 5 qram tiryək və 2 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ 14-cü PB əməkdaşları Albalıq qəsəbə sakini Elxan Vahabovdan 0,217 qram heroin, Qaradağ RPİ əməkdaşları Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Saleh İsayevdən 1,34 qram tiryək, Nizami RPİ əməkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Şahmərdanovdan 0,198 qram heroin götürmüşlər.