DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.05.2007

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini İslam Mürşüdovdan 0,2 qram həşiş götürülmüşdür. İ.Mürşüdovun narkotik vasitəni Xaçmaz şəhər sakini Əkbər Əsədullayevdən, onun isə həmyerlisi Niyaməddin Lalayevdən alması müəyyən edilmişdir. Ə.Əsədullayev və N.Lalayev tutulmuşlar. Ə.Əsədullayevdən 1,84 qram həşiş, N.Lalayevdən isə 0,31 qram həşiş götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Cəlilabad rayon sakini Rizvan Ağaşovdan 9,090 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Məlikovdan 0,227 qram heroin, Səbail RPİ əməkdaşları isə Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Asif Rzayevdən 1,316 qram heroin götürmüşlər.