İİR respublikasının vətəndaşı Behru Əfsər Hüseyn oğlunun avtomaşınından 5,5 kiloqram tiryək aşkar edilərək götürülmüşdür
11.05.2007DİN Baş Dövlət Yol Polisi İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt-Astara yolunun 181-ci km-də, İran İslam Respublikasının vətəndaşı Behru Əfsər Hüseyn oğlunun idarə etdiyi "Volvo" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilmişdir. Avtomaşından 5,5 kiloqram tiryək aşkar edilərək götürülmüşdür.