Ağstafa rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsi
11.09.2014Sentyabrın 12-də saat 15 radələrində Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına vurmuşdur. A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölmüş, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.