DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

09.05.2007

Siyəzən şəhər sakini Samir Maqsudov 25,27 qram marixuananı əvvəllər məhkum olunmuş Mais Əliyevə, o da narkotik vasitəni Rövşən Abdullayevə, o isə Qusar rayon sakini Mahir Rzayevə satmışdır. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Maqsudov, M.Əliyev və R.Abdullayev tutulmuş, M.Rzayevin tutulması üçün tədbirlər görülür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elşən Əzimovdan 2,5 kiloqram marixuana, Bəybala Xalıqovdan isə 0,69 qram marixuana, Oğuz RPŞ əməkdaşları rayon sakini Nəriman Yəhyayevdən 1,53 qram həşiş, Sumqayıt ŞPİ əməkdaşları Corat qəsəbə sakini Ağakərim Abdullayevdən 0,212 qram heroin götürmüşlər.