DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zakiri Azər sərxoş halda ictimai qaydanı kobud surətdə pozmuş və onu intizama dəvət edən polis serjantları Amil İbrahimova boğaz nahiyəsindən, Arif İsmayılova isə qolundan bıçaqla xəsarət yetirmişdir. A.İbrahimov xəstəxanaya aparılarkən yolda ölmüş, A.İsmayılovun vəziyyəti isə qənaətbəxşdir

09.05.2007

Saat 01:00 radələrində Səbail rayonunun Nizami küçəsində, Bakı şəhər sakini, 12-ci Aşırım küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Zakiri Azər Seyidağa oğlu sərxoş halda ictimai qaydanı kobud surətdə pozmuş və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Səbail RPİ Əlahiddə Polis Bölüyünün əməkdaşları, polis serjantları Amil İbrahimova boğaz nahiyəsindən, Arif İsmayılova isə qolundan bıçaqla xəsarət yetirmişdir. A.İbrahimov xəstəxanaya aparılarkən yolda ölmüş, A.İsmayılovun vəziyyəti isə qənaətbəxşdir. A.Zakiri tutulmuşdur.