Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi

08.05.2007

Saat 06:30 radələrində Nərimanov rayonu H.Əliyev prospektində, Bakı şəhər sakinləri Azər Əliyevin idarə etdiyi "BMW" markalı, Elçin İmanovun idarə etdiyi "İveko" markalı və Bayram Əşrəfovun idarə etdiyi "QAZ-330712" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış B.Əşrəfov, E.İmanov və onun sərnişinləri, Bakı şəhər sakinləri Aydın Salmanov, Firəngiz Nuruzadə, habelə A.Əliyevin sərnişinləri, Şuşa rayon sakinləri Zaur Əliyev və Cahid Abbasov xəstəxanaya yerləşdirilmişlər.