DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

07.05.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində, Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Rahil Muradov 7,3 kiloqram tiryəki satarkən tutulmuşdur. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dürdanə Umudova 0,729 qram heroini əvvəllər məhkum olunmuş Mirzəağa Kazımova satarkən tutulmuşlar. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də narkotik vasitə ilə tutulmuş Rövşən Xankişiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni rayon sakini Elçin Abbasovdan alması müəyyən edilmiş, E.Abbasov tutulmuş, onun evinə baxış zamanı 66,2 qram marixuana aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Lənkəran şəhər sakini Kamran İsmayılovdan 1 qram heroin və 3 ədəd şpris, Xaçmaz RPŞ əməkdaşları rayon sakini Qəribağa Bağırovdan 0,209 qram heroin götürmüşlər.