Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.05.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi əməkdaşları Yasamal RPİ əməkdaşları ilə birgə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sahibcan Dadaşovdan 0,223 qram, İmran İsgəndərovdan isə 1,026 qram heroin, Nizami RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahmud Qaraxanovdan 267,93 qram marixuana, Nərimanov RPİ 17-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əkbərovdan 6,75 qram marixuana, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Elçin Bağırovdan 0,224 qram heroin, Xətai RPİ əməkdaşları Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Fərhad Quliyevdən 0,243 qram heroin, Cəlilabad RPŞ əməkdaşları isə Göytəpə şəhər sakini Hafiz İbrahimovdan 0,5 qram heroin götürmüşlər, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1-ci Şahsevən kənd sakini Bəxtiyar Əliyev 0,8 qram tiryəki satarkən tutulmuş, Sabirabad rayonunun Qalaqayın kənd sakini Yaşar İmanov Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Xankişiyevdən aldığı 6,3 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Xankişiyev tutulmuşdur.