DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etməyə cəhd etmiş Yeni Suraxanı qəsəbə sakinləri Rafət Alxasov və Əsgər Manafov tutulmuşlar

04.05.2007

Mayın 3-də, saat 20.00 radələrində, Yeni Suraxanı qəsəbəsi ərazisində 2 naməlum şəxs qəsəbə sakini Əli Murquzovu bıçaqla hədələyərək idarə etdiyi «Mersedes» markalı avtomaşını almağa cəhd göstərmiş, müqavimətlə rastlaşdıqlarından hadisə yerindən qaçmışlar. Suraxanı RPİ əməkdaşlarının eçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yeni Suraxanı qəsəbə sakinləri Rafət Alxasov və Əsgər Manafov tutulmuşlar.