DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.05.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi və Lerik RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lerik şəhər sakini əvvəllər məhkum olunmuş Şəfayət Musayevə məxsus yeməkxanaya baxış zamanı 0,57 qram heroin, 22,13 qram marixuana və 0,74 qram tiryək aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ əməkdaşları Zaur Ağamirzəyevdən 0,224 qram heroin, Binəqədi RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Ceyhun Zeynalovdan 0,241 qram heroin, Yevlax RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Çərkəz Səfərovdan 1,078 qram heroin, Balakən RPŞ əməkdaşları 0,267 qram heroin, Xətai RPİ əməkdaşları Ələsgər Abdullayevdən 0,223 qram heroin götürülmüşdür.