DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.05.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Abbasov 1,950 qram tiryəki satarkən tutulmuş, Naxçıvan ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Təkmuris Məmmədov Oruc Hənifəyevə 5,1 qram marixuananı satarkən tutulmuş, T.Məmmədovun qarajına baxış zamanı əlavə 47,12 qram marixuana aşkar edilərək götürülmüşdür. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini Elşad Nəsirovdan 1,105 qram heroin götürülmüş, ona narkotik vasitəni satmış həmkəndlisi Fariz Hüseynov tutulmuş, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Vidadi Qəhrəmanov 1,05 qram marixuananı həmyerilsi Elçin Osmanova satarkən tutulmuşlar. V.Qəhrəmanovdan əlavə 5,44 qram marixuana götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Binəqədi RPİ əməkdaşları ilə birgə Bakı şəhər sakini Bəhruz Ağayevdən 0,219 qram, Şərur rayon sakini Vidadi Hüseynovdan isə 0,208 qram heroin, Nizami RPİ əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları ilə birgə Xırdalan şəhər sakini Vüqar Əmirovdan 4,658 qram heroin, Qazax RPŞ əməkdaşları Kosalar kənd sakini, əvvəllər məhkum olunmuş Səhrət Orucovdan 5,1 qram həşiş, onun evinə baxış zamanı isə əlavə 110 qram həşiş, Salyan RPŞ əməkdaşları şəhər sakini Rauf Abışovdan 0,509 qram heroin, Tovuz RPŞ və Gədəbəy RPŞ əməkdaşları Gədəbəy rayon sakini Zərqələm Verdiyevanın evinə baxış zamanı 327,8 qram marixuana götürmüşlər.