DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür
30.04.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Şərur rayon sakini Vidadi Hüseynovdan 0,208 qram, Bakı şəhər sakini Bəhruz Ağayevdən isə 0,214 qram heroin, Masallı RPŞ əməkdaşları rayon sakini Şamil Əsədovdan 0,22 qram heroin götürmüşlər. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Dəyanət Əhmədovdan 0,24 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Əliniyaz Davudov tutulmuşdur.