Yevlax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
20.07.2014İyulun 21-i saat 08 radələrində Yevlax şəhərinin ərazisində Ağcabədi rayon sakinləri Natiq İsmayılovun idarə etdiyi “VAZ-21074” markalı və Əli Rəfiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə N.İsmayılovun sərnişini Ağcabədi şəhər sakini Sadiq Seyidov hadisə yerində ölmüş, Ə.Rəfiyev və sərnişinləri Elza Rəfiyeva və Şəkurə Rəfiyeva xəstəxanaya yerləşdirilmişlər.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.