Avtomobil qaçırmış Təhmasib Vəliyev Məcid Vəlizadə, Sahib Heydərov, Əli Zeynalov və Hüseyn Quliyev tutulmuşlar
20.07.2014Çevik Polis Alayı və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İyunun 20-də Vaqif Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Təhmasib Vəliyev Məcid Vəlizadə, Sahib Heydərov, Əli Zeynalov və Hüseyn Quliyev tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Həsənalı Quliyevə məxsus “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanını, Vüsal Məmmədova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.