DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini Arif Cəfərovdan 0,221 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşları Bakı şəhər sakini Vidadi Qəmbərovdan 0,229 qram heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşları Bakı şəhər sakini Rəhim Fərəcullayevdən 0,227 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Əlisultanovdan 0,229 qram heroin götürmüşlər. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakini Mehman Mərdanovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 kiloqram 850 qram olan 50 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 0,15 qram qurudulmuş çətənə kolu aşkar eidlərək götürülmüşdür.