Qazax rayonunun "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmışdır
27.04.2007Aprelin 26-da Qazax rayonunun "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində, Dövlət Sərhəd Xidmətinin əsgərlərinə xəsarət yetirmiş Türkiyə vətəndaşları Üzeyir Gezer, Sami Gezer və Kemal Özdəmir tutulmuşlar. Faktla əlaqədar Qazax rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.